Futbolçu oyun zamanı dünyasını dəyişdi

Futbolçu oyun zamanı dünyasını dəyişdi
XƏBƏR 19 Fevral 2024 / 16:52 3049
-  A +

Tatarıstanın həvəskar futbol liqasının "Akkumlyator RF" - "Çizball" matçı zamanı futbolçulardan bir dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə Tatarıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan oyunçunun ölümünün səbəbi infarktdır. 

Oyunçu matçın gedişatında yerə yıxılıb, huşunu itirib. Bu vaxt meydana həkimlər çıxıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner