“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlandı

“Qarabağ” - “Braqa” oyununa satılan biletlərin sayı açıqlandı
XƏBƏR 17 Fevral 2024 / 16:15 8362
-  A +

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

QOL.az klubun mətbuat xidmətinə istinadəm xəbər verir ki, matça indiyə kimi 26 min 500 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

“Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner