Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə başlayıblar. İlk gündə Azərbaycan millisinin 5 güləşçisi yarışa qoşulub.
Maqomedxan Maqomedov (97 kq) ardıcıl 3 rəqibinə qalib gəlib və finala vəsiqə qazanıb.
İslam Bazarqanov (57) və Əli Rəhimzadə (65 kq) bürünc medal uğrunda görüşə vəsiqə əldə ediblər.
Həmçinin u gün Azərbaycan güləşçisi Elis Manolova (65 kq) yarışda bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri üstələyib.
Birgül Soltanova (62 kq) isə bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.
Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl bu çempionatında 8 medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə brünüc medala sahib olub.
* * *
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayacaqlar.
İslam Bazarqanov (57 kq) Aryan Tsiutrinlə (AIN), Kənan Heybətov (70 kq) isə George Bukurla (Rumıniya) üz-üzə gələcək. Hər iki idmançımız yarışa təsnifatdan başlayacaq.
Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaq. O.Abasov İman Mahdavini (UWW), M.Maqomedov isə Georgian Triponu (Rumıniya) sınağa çəkəcək. Ə.Rəhimzadənin rəqibi Səlim Naim (Bolqarıstan) - İslam Hüseynov (AIN) cütünün qalibi olacaq.
Bu gün eyni zamanda qadınların yarışına yekun vurulacaq, Birgül Soltanova (62 kq) təsəlliverici, Elis Manolova (65 kq) isə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu çempionatında ümumilikdə 8 medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə brünüc medala sahib olub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı