“Bu cür yenilgidən sonra danışmaq çətindir. Nə demək olar? Bu, futboldur. "Qarabağ"a qarşı oynamaq asan deyil. Bəxt rəqibin tərəfində idi. Hesab başqa cür də ola bilərdi. Təəssüf ki, çətin səfərdə istədiyimiz nəticəni qazana bilmədik”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Əyyub Allaş Misli Premyer Liqasının 15-ci turunda “Qarabağ”a uduzduqları oyun barədə danışarkən deyib.
Belçikalı yarımmüdafiəçi 0:3 hesablı məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: “Oyun ərzində 2 zərbəmiz dirəkdən qayıtdı. Qarşılaşma boyu bizim bəxtimiz heç gətirmirdi. Bununla belə, hər oyuna ciddi hazırlaşırıq. Belə epizodları qola çevirmək üçün məşqlərdə tam gücümüzlə çalışırıq”.
O bildirib ki, şansları dəyərləndirsəydilər, hesab fərqli olardı: "Qarabağ"a qarşı pis oynamadıq. Onlara qarşı təzyiq göstərirdik. Meydanda inamlı mübarizə aparırdıq. Həm mən, həm komanda yoldaşlarımın bir çox epizodda bəxti gətirmədi. Yaxaladığımız şansları qola çevirsəydik, hesab 2:1, hətta 2:2 ola bilərdi”.
25 yaşlı futbolçu növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Hədəfimiz həmin matçda qalib gəlməkdir. "Kəpəz"i məğlub edəcəyik. 3 xal qazanmağa köklənmişik. Başqa bir nəticə bizə sərf etmir”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi