Liqa 1 klubunda yeni idman direktoru

Liqa 1 klubunda yeni idman direktoru
XƏBƏR 2 Dekabr 2023 / 14:35 1005
-  A +

Fransa Liqa 1-in autsayderi "Lion" yeni idman direktoru təyin edib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Lion"un yeni idman direktoru David Frio olub.

Fransa klubunun rəhbərliyi dərhal yeni idan direktorunun qarşısına tələb qoyub. Frio qısa müddət ərzində komandanı böhrandan xilas edə biləcək baş məşqçi tapmalıdır. 

Əvvəllər 50 yaşlı funksioner "Marsel"in idman direktoru vəzifəsində çalışıb. Bundan əlavə, o, "Sent-Etyen", "Mançester Yunayted" və "Nottingem Forest"də skautluq edib.

Bu yaxınlarda Fabio Qrossonun "Lion"un baş məşqçisi vəzifəsindən qovulduğu haqda xəbərlər yayılmışdı .


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner