Rusiya millisinin sabiq çalışdırıcısı Hacı Hacıyev Stanislav Çerçesovun Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə mümkün təyinatı ilə bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, bu haqda Rusiya mətbuatına danışıb.
Hacı Hacıyevin fikrincə, Azərbaycan futbolunun səviyyəsi yaxşıdır: “Ora nəticə qazanmaq niyyəti ilə getmək olar. Çerçesov bu yaxınlarda dedi ki, çalışacağı komandada ambisiya və məqsəd onun üçün önəmlidir.
Azərbaycan millisinin ambisiyaları var. Onların çempionatı əvvəlkindən də ciddiləşib. Artıq rusiyalı mütəxəssisimiz Murad Musayev orada işləyir. Bu mövzuda danışmaq olar. Amma əsas odur ki, Çerçesov ora gedəcəkmı? Bəlkə də bu, onu maraqlanmır. Amma maraqlanırsa, Çerçesovun orada yaxşı nəticələr qazanmaq bacarığı var. O, Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər. Bunun üçün ilkin şərtlər var, amma məndən soruşsanız, başqa söz deyəcəm. Rusiya çempionatında da belə mütəxəssislərə ehtiyacımız var. Hesab edirəm ki, Çerçesov ixtisaslı mütəxəssisdir, rusiyalıdır, o, bizim liqamıza lazımdır”.
Hacıyev həmçinin qeyd edib ki, bütün post-ittifaq respublikalarında futbol yaxşı inkişaf edir: “Qazaxıstan Avro-2024-ün seçmə mərhələsində yaxşı çıxış etdi, Özbəkistanda çoxlu istedadlı gənclər, Gürcüstanda isə Kvaratsxeliya var. Düzdür, Azərbaycanda belə parlaq ulduzlar və nailiyyətlər yoxdur. Orada kifayət qədər ciddi futbol oynayırlar və çoxlu pul yatırırlar. Bunun üçün sistem qurulmalı, daxili çempionat normal səviyyədə keçməli, yaxşı oyunçular hazırlanmalıdır. Azərbaycanda bu istiqamətdə irəliləyiş var, amma bu, qonşu komandalar səviyyəsində deyil”.
Qeyri-rəsmi məlumata görə, Çerçesov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır. Amma bununla bağlı rəsmi məlumat yoxdur.
60 yaşlı Çerçesov Rusiyanın əməkdar məşqçisidir. Onun rəhbərliyi altında Rusiya millisi DÇ-2018-in 1/4 finalına yüksəlib. Çerçesovun son klubu “Ferensvaroş” (Macarıstan) olub.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu