Messi: "DÇ-2022-dəki bu məğlubiyyət bizi yıxmışdı"

Messi: "DÇ-2022-dəki bu məğlubiyyət bizi yıxmışdı"
XƏBƏR 2 Dekabr 2023 / 11:24 2369
-  A +

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının qalibi olmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, 36 yaşlı hücumçu deyib:

“Qətərə gəldiyimiz andan biz çempionluğa iddialı olduğumuzu bilirdik. Bu haqda ictimaiyyətə danışmaq istəməzdik, amma komanda daxilində buna inanırdıq. Səudiyyə Ərəbistanına məğlubiyyət bizi yerə sərdi. Çempionatın keçirilmə üsuluna görə istənilən rəqib çətin idi.

Niderland, Braziliya və ya başqa yüksək səviyyəli komandalar olanda, əlbəttə ki, problemlər daha çox olur. Amma Avstraliya da yaxşı rəqibdir.  Amma ümumilikdə Argentina həmişə favorit olub".

Qeyd edək ki, Argentina millisi finalda Fransanı penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt - 3:3) hesabı ilə məğlub edərək DÇ-2022-nin qalibi olub.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner