“Bu oyun kubokda bizim üçün ilk başlanğıcdır. Yolumuza davam etmək istəyirik. Ona görə də bugünkü matça ciddi yanaşmışdıq. “Şəfa” ilə görüşdə daha çox oynamayanlara şans verdik. İkinci hissədə əvəzedici heyətin 7 üzvünün meydanda olması bizim üçün sevindirici haldır”.
QOL.az saytına açıqlamasında bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, iki komanda arasında səviyyə fərqinin hesabda əks olunduğunu bildirib: “Bu gün Aleksandr Ramalinqoma da 20-25 dəqiqə oynamaq üçün şans yaratdıq. Rəqib aşağı liqa təmsilçisi olsa da, futbolçularım matça ciddi yanaşdılar. Təbii ki, iki komanda arasında fərq var. Amma istənilən halda 1-ci və 2-ci liqa təmsilçilərinin kuboka qoşulması yaxşıdır. Bu təşəbbüsə görə PFL və AFFA rəhbərliyinə təşəkkür edirəm. Bu matç “Şəfa” üçün də yaxşı təcrübə oldu”.
“Əvəzedici heyət üzvlərindən razı qaldınızmı?” sualını mütəxəssis belə cavablandırıb: “Əvəzedici heyətdən gələn oyunçular ümumi ansamblı pozmadılar. Amma öz üzərlərində hələ çox çalışmalıdılar. Bu gün Premyer Liqada oynamağa hazır olduqlarını deyə bilmərəm”.
Diniyev kubokdakı hədəflərindən də söz açıb: “Növbəti mərhələdə “Zaqatala” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacağıq. Rəqibin adı ciddi fərq kəsb etmir. Onsuz da asan oyun olmur. Hər matça ciddi yanaşmalıyıq. Yolumuza dava etmək istəyiriksə, rəqiblər arasında fərq qoymamalıyıq. Kubokda hədəfimiz bacardığımız qədər irəli getməkdir. Əlimizdən gələni edəcəyik ki, bu yarışda maksimum irəliləyək”.
“Şəfa” ilə matç başa çatdıqdan sonra Diniyev ilk olaraq komandasının deyil, rəqibin paltardəyişmə otağına yollanıb. O, addımının səbəbini belə izah edib: “Bəli, “Şəfa”nın paltardəyişmə otağına yollandım. Onlara dəstək oldum. Bildirdim ki, böyük hesablı məğlubiyyətə baxmayaraq, ruhdan düşməsinlər. Bu səviyyədə ilk oyunları idi. Təcrübələri az olsa da, hiss olunurdu ki, komanda futbol oynamaq istəyir. Düşünürəm ki, istiqaməti düz tutsalar, bir müddət sonra daha yaxşı yerlərə gələ biləcəklər”.
Sonda “Səbail”in baş məşqçisi həftə sonu ölkə çempionatının 15-ci turunda qarşılaşacaqları “Araz-Naxçıvan”la matç barədə danışıb: “Araz-Naxçıvan” yaxşı komandadır. Debütant olsalar da, heyətlərində yaxşı futbolçular var. Komandanın buna qədərki nəticələri göstərdiyi oyuna görədir. Yəni hazırkı mövqeləri təsadüfi deyil. Odur ki, bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, gözəl futbol sərgiləməklə sərfəli nəticə qazanaq”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu