Dünya çempionatı: Almaniya yığması finalda

Dünya çempionatı: Almaniya yığması finalda
DÜNYA FUTBOLU 28 Noyabr 2023 / 15:48 3039
-  A +

Almaniyanın U-17 millisi İndoneziyada keçirilən 17 yaşadək gənclər arasında dünya çempionatının ilk finalçısı olub.

Qol.az xəbər verir ki, yığma 1/2 final mərhələsində  Argentinadan olan həmyaşıdları ilə qarşılaşıb. Matçın əsas vaxtı 3:3 hesabı ilə heç-heçə başa çatıb. Almaniya yığması penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Argentina U-17 - Almaniya U-17 - 3:3 (penaltilər seriyası - 2:4)
Qollar:
Brunner, 9 (0:1), Ruberto, 36 (1:1), 45+4 (2:1), Brunner, 58 (2:2), Moerdstedt, 69 (2:3), Ruberto, 90+7 (3:3)

İkinci finalçı Fransa U-17 - Mali U-17 matçından sonra dəqiqləşəcək.


Son xəbərlər
26.07.24  15:09

"Napoli"dən "Everton"a