La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
XƏBƏR 27 Noyabr 2023 / 23:00 1562
-  A +

İspaniya La Liqasının autsayderi “Qranada”nın yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandaya Aleksandr Medina baş məşqçilik edəcək. 

45 yaşlı uruqvaylı mütəxəssis bu vəzifədə noyabrın 26-da istefaya göndərilən Pako Lopezi əvəzləyib. A.Medina ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Bu mövsüm "Qranada" İspaniya La Liqasında 14 oyundan yalnız 1-də qalib gəlib. Komanda 7 xal toplayıb və turnir cədvəlində 19-cu yerdədir.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner