“ECA Academy Visit” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
QOL.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının (ECA) dəstəyi ilə Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan tədbir “Benfika” klubunun akademiyasında olub.
Layihədə “Qarabağ”ı akademiyanın koordinatoru Aftandil Hacıyev təmsil edib. O, tədbir barədə fikirlərini klubun saytına açıqlayıb:
“Bu layihədə klub rəhbərliyinin təşəbbüsü ilə iştirak etdim. “Benfika” akademiyasına diqqət ayırması, işlərin yüksək səviyyədə təşkili, ustalıq keyfiyyətlərinə malik oyunçular yetişdirməsi ilə Avropanın ən yaxşılarından biridir. Tədbirə qatılan digər Avropa klublarının nümayəndələri də burada işlərin müasir və ən yüksək səviyyədə olduğunu şahidlik etdilər. “İnter”, “Ayaks”, “Liverpul”, PSV, “Bayer” kimi ümumilikdə 55 klub layihədə təmsil olunurdu. Onların hər biri gördüklərindən məmnun qaldılar. “Benfika”da görülən işlər klubun zəngin tarixə malik olması və burada çalışan peşəkarların işinin bəhrəsidir”.
Portuqaliya səfərinin gələcək üçün faydalı olduğunu düşünən Hacıyev “Benfika”nın prezidenti Rui Koşta ilə də görüşüb: “Bu, böyük təcrübə idi. Lissabonda gördüklərimi gələcəkdə Azərbaycan futboluna tətbiq etməyə çalışacağıq. Bu təcrübə gələcəkdə görüləcək işlər baxımından çox önəmlidir. İstərdim ki, Azərbaycan klublarının belə akademiyalarının qurulması tez bir zamanda həyata keçirilsin. “Benfika”nın prezidenti Rui Koşta da iclaslarda iştirak edirdi. Azərbaycandan olduğumu bildikdən sonra futbolumuz barədə söhbətimiz oldu. O, “Qarabağ”ı və klubumuzun İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovu yaxşı tanıdığını qeyd etdi. Koşta vaxtilə futbolçusu olduğu Portuqaliya millisinin heyətində Azərbaycanla 1:1 hesabı ilə başa çatan Bakıdakı görüşü də xatırladı”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu