UEFA İntizam Komitəsi Fransa PSJ-sini və İtaliya "Milan"ını cəzalandırıb.
QOL.az xəbər verir ki, buna komandaların arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü tur oyununda onların azarkeşlərinin davranışı səbəb olub.
PSJ azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə, stadionda keçidləri kəsməsinə və meydana qaçmasına görə 98 min avro cərimələnib. O da məlum olub ki, Paris təmsilçisinin stadionu iki illik sınaq müddəti ilə şərti olaraq bir matça qismən bağlanacaq.
"Milan" da öz növbəsində azarkeşlərlə insidentlərə və pirotexniki vasitələrdən istifadəyə görə 23 min avro cərimələnib.
Xatırladaq ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda PSJ 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Milan” isə öz növbəsində 5 xalla 3-cüdür.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer