Bu gün AFFA İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib.
QOL.az xəbər verir ki, saat 10-da başlayan toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. İtaliyalı mütəxəssis iclasda cəmi 10 dəqiqə iştirak edib və sonra toplantını tərk edib. O, iclasda millimizdəki fəaliyyətini davam etdirmək istəmədiyini bildirib.
İclasdan sonra jurnalistlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev təsdiq edib ki, toplantıda De Byazi müqaviləsinin uzadılmasını istəməyib.
Qeyd edək ki, De Byazinin müqaviləsi Avro-2024-ün seçmə mərhələsinin sonunda başa çatırdı.
Əlavə edək ki, Canni de Byazinin rəhbərliyi altında Azərbaycan millisi Avro-2024-ün 5 komandalı qrupunda 8 oyundan 7 xal toplayaraq 4-cü yeri tutub. O, son mətbuat konfransında azərbaycanlı jurnalistlərə etiraz olaraq onları "axmaq" adlandırıb. Bu isə Azərbaycan mediası və futbol mütəxəssislərinin etirazına səbəb olub. AFFA-nın baş katibi Sərxan Hacıyev isə Canni de Byazinin bu fikirlərinə görə Azərbaycanın idman jurnalistlərindən üzr istəyib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı