Mbappe Messi, Neymar və Ronaldonu geridə qoydu

Mbappe Messi, Neymar və Ronaldonu geridə qoydu
XƏBƏR 19 Noyabr 2023 / 09:05 5583
-  A +

Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matç Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, o, görüşdə (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.

Mbappe bunu 24 yaşında bacarıb. "Opta Sport" statistik portalı xəbər verir ki, Lionel Messi, Kriştiano Ronaldo və Neymar 300 ql həddinə 25 yaşına çatıblar.

Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bombardirləri siyahısında 3-cü yerə yüksəlib. O, Antuan Qrizmannı qabaqlayıb(44).


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner