“Neftçi”nin baş məşqçisi Adrian Mutu bu gün Rusiya “Zenit”inə qarşı keçirəcəkləri yoxlama oyunu haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis "Neftçi TV"yə açıqlamasında yoxlama görüşü keçirməklərində əsas məqsədlərinin Premyer Liqanın növbəti turunun "Araz-Naxçıvan"la matçına hazırlaşmaq olduğunu bildirib:
“Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. Bu görüşün əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır. Milli komandalarda bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma biz bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz-Naxçıvan”la oyuna tam heyətlə yanaşmaq istəyərdim".
O, Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində İsveçə böyük hesabla qalib gəlməsinə (3:0) və futbolçusu Emin Mahmudovun bu oyunda dubl etməsinə də toxunub: "Azərbaycan millisinin İsveçlə oyununa baxdım, çünki orada futbolçularım oynayır. Emin, Höcət və Eddini izlədim. Ümumiyyətlə, hər şey yaxşı idi. Emin Mahmudovun qollarına görə sevindim. Ümid edirəm ki, o, “Neftçi” üçün də qol vurmağa başlayacaq”.
Qeyd edək ki, "Neftçi" - "Zenit" görüşü bu gün saat 21:00-da başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı