"Latsio"nun yarımmüdafiəçisi Pedro sabiq klubu "Barselona"ya qayıtmaq istəyir.
QOL.az "Diario Sport"a istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. Pedro deyib:
“Əgər Xavi ("Barselona"nın baş məşqçisi - red.) mənə zəng etsə, o telefonu bağlamadan "Barselona"da olacağam. Amma çətin olacaq.
Mən son illərdə bir çox insanlarla, o cümlədən Xavi və Joan Laporta ilə əlaqə saxlamışam. Bu və ya digər şəkildə qayıtmağa çalışdım, amma bu, çox çətindir. Bir çox amillər var. Hər şeydən əvvəl yaş məsələsi işi qəlizləşdirir. Amma karyeramı "Barselona"da başa vurmaq çox gözəl olardı".
Qeyd edək ki, Pedro bu mövsüm "Latsio"nun heyətində 14 matçda 2 qol vurub. Onun İtaliya klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.
Futbolçu 2008-2015-ci illərdə “Barselona”da çıxış edib, 321 matçda 99 qol vurub, 62 qolun ötürməsini verib. Pedro Kataloniya təmsilçisi ilə 20 kubok qazanıb: 3 Çempionlar Liqası, 5 La Liqa, 3 ölkə kuboku, 4 ölkə superkuboku, 3 Avropa Superkuboku və 2 klublararası dünya çempionatı.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı