"Real" ciddi itki ilə üzləşdi

"Real" ciddi itki ilə üzləşdi
XƏBƏR 17 Noyabr 2023 / 15:55 1871
-  A +

"Real"ın zədəli yarımmüdafiəçisi Eduardo Kamavinqanın durumuna aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. O, dizindən aldığı zədə səbəbindən 2-2 ay yarım fmeydana çıxa  bilməyəcək. Fransalı futbolçunun dizində zədə aşkarlanıb. 

Xatırladaq ki, 21 yaşlı yarımmüdafiəçi Fransa millisi ilə məşq zamanı PSJ-nin cinah oyunçusu Usman Dembele ilə toqquşması nəticəsində zədələnib.

Kamavinqa bu mövsüm İspaniya çempionatında "Real"ın heyətində 13 oyun keçirib


Son xəbərlər
topaz banner