Misli Premyer Liqasının 13-cü turu Davit Volkovun het-triki ilə əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbə verir ki, gürcüstanlı legioner “Sabah”ın “Turan Tovuz”la səfər oyununda vurduğu 3 qolla komandasına 3:2 hesablı qələbə qazandırıb. 28 yaşlı hücumçu bununla da “Sabah”ın tarixinə klubun Premyer Liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.
Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.
Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı