Azərbaycan gimnastı dünya çempionu oldu

Azərbaycan gimnastı dünya çempionu oldu
XƏBƏR 11 Noyabr 2023 / 20:45 1355
-  A +

Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, o, Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.

Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.     


Son xəbərlər
topaz banner