"Mançester Yunayted"də itki

"Mançester Yunayted"də itki
XƏBƏR 11 Noyabr 2023 / 14:10 1802
-  A +

“Mançester Yunayted”in futbolçusu Conni Evans zədələnib.

QOL.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 4-cü turunda Danimarka “Kopenhagen”i ilə səfər oyununda sıradan çıxıb.

35 yaşlı müdafiəçi artıq tibbi müayinədən keçib. Onun bud əzələsində zədə aşkarlanıb. 

“Mançester Yunayted”in mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Conni bu mövsüm 8 oyun keçirib və 1 qol ötürməsi edib.


Son xəbərlər
topaz banner