Misli Premyer Liqasının 12-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu mövsümün rekordları ilə zəngin olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə başa çatan matçda məhsuldarlıq rekordları yenilənib.
8 qolun vurulduğu bu qarşılaşma mövsümün ən məhsuldar görüşü olub. Bunadək ən çox top oktyabrın 20-də keçirilən “Səbail” – “Neftçi” oyununa təsadüf etmişdi. 6 qolun vurulduğu həmin matçda qonaqlar 4:2 hesabı ilə qalib gəlib.
Bu, mövsümün ən böyük hesabıdır. “Qarabağ”a qədər 6 top fərqi ilə qalib gələn olmayıb. Avqustun 6-da “Sabah” “Qəbələ”ni, sentyabrın 29-da “Qarabağ” “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub edib.
Qurban Qurbanovun komandası cari çempionatda bir matçda 5-dən çox qol vuran ilk komandadır. Bunadək rekord 5 dəfə fərqlənən “Sabah”la “Qarabağ”a məxsus idi.
“Kəpəz”in qapısından üç top keçirən Yassin Benzia mövsümdə ilk het-trikin müəllifi olub. Premyer Liqanın əvvəlki 57 qarşılaşmasında heç bir futbolçu ikidən artıq qola imza atmayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”