Gürcüstan millisinin və “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya “Qızıl top-2023” yarışmasında yer tutub.
QOL.az xəbər verir ki, 30 nəfərlik namizəd siyahısında 22 yaşlı futbolçu da olub. O, Cud Bellingem, Harri Keyn, Lautaro Martines, Antonio Qrizmann kimi futbolçuları qabaqlayaraq 17-ci yeri tutub.
Gürcüstan millisinin sabiq futbolçusu Laşa Salukvadze Rusiya mətbuatına müsahibəsində Xviçanın bu nüfuzlu yarışmada 17-ci olmasını ölkəsinin futbolu üçün böyük hadisə adlandırıb.
“Mən çox sevinirəm ki, bizim belə futbolçumuz var. Onun üçün hələ hər şey irəlidədir. Xviçanın Avropa karyerası yeni başlayıb. Kvaratsxeliyanın Kaxa Kaladzeni keçərək Gürcüstan tarixinin ən yaxşı futbolçusu olmaq imkanı var” - deyə o qeyd edib.
Xatırladaq ki, “Qızıl top-2023”ün qalibi Argentina millisinin hücumçusu Lionel Messi olub.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı