"Danışılası çox şey yoxdur. Səbəb odur ki, evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məçqçisi Azər Məmmədov Misli Premyer Liqasının 8-ci turunda bu gün evdə "Qəbələ"yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından "Qəbələ"yə uduzmayaq".
Baş məşqçi növbəti dəfə azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: "Məni, sadəcə məğlubiyyət narahat edir. Çünki həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdir. 4 oyundur olan məğlubiyyəti həqiqi azarkeşlərə yaşatdığımız üçün mən çox narahatam. İstefa şüarı burada işləyən bütün məşqçilərə səsləndirilib. Komandanın rəhbərliyi mənə güvənib. Mən çalışacam ki, onu doğruldum. Bu gün sonuncu pilləyə düşdük. Amma bizim gücümüz var. Hər komandada belə periodlar olur. Mən inanıram ki, yaxşı olacaq".
"Kəpəz"in çalışdırıcısı qeyd edib ki, yerli azarkeşlərin təzyiqinə görə evdə oynamaq onlara daha çətindir: "Bizim komanda səfərdə daha rahat oynayır. Bu amilə fikir vermək lazımdır. Azarkeşlərə ehtiyacımız var, düzdür. Mən hər oyun iki təzyiq hiss edirəm. Biri Premyer Liqada komandanı qoruyub-saxlamaq, digəri isə azarkeşlərin təzyiqi. İlk dəqiqə başlayandan azarkeşlər oyuna təsir edir. Bu futbolçulara da pis çox təsir edir. Futbolçular hamsını eşidir, bəziləri hətta qorxur. Hər şeyi azarkeşlərin üstünə atmıram. Amma bunun təsiri çoxdur".
A.Məmmədov elitada qalmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı