Rüfət Dadaşovdan het-trik

Rüfət Dadaşovdan het-trik
XƏBƏR 1 Oktyabr 2023 / 12:27 4850
-  A +

Almaniyada Şimal-Şərq Regional Liqasında 9-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Çemnitser”lə qarşılaşıb və 4:0 hesabı iə qalib gəlib. Dadaşov sözügedən görüşdə het-trik edib. O,  7, 45+3, 76-cı dəqiqələrdə fərqlənib.

"Çemnitser" - "Dinamo" - 0:4
Qollar:
Rüfət Dadaşov, 7, 45+3, 76, Stokinqer, 53

Bu qollar sayəsində Rüfət liqanın bombardirləri siyahısında liderliyə yüksəlib. Onun  9 qolu var.

Hazırda "Dinamo" 18 xalla 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner