Həmid Ağalarov milliləşdirilir? - Atasından açıqlama

Həmid Ağalarov milliləşdirilir? - Atasından açıqlama
XƏBƏR 1 Oktyabr 2023 / 11:36 11836
-  A +

"Axmat"ın hücumçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov oğlunun  Azərbaycan millisinə keçmək təklif olunduğu xəbərlərinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, sport24.ru-ya açıqlamasında bu barədə eşitmədiyini deyib: “Mən heç nə bilmirəm və eşitməmişəm ki, AFFA Həmidə vətəndaşlığını dəyişməyi təklif edib. Heç kim mənimlə və ya Həmidlə əlaqə saxlamayıb. Hazırda biz Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.

Qeyd edək ki, H. Ağalarov 2022-ci ilin yayından "Axmat"da çıxış edir. 

Daha çox


Son xəbərlər
topaz banner