Mourinyo: "Yaya qədər sözümü tutacağam"

Mourinyo: "Yaya qədər sözümü tutacağam"
XƏBƏR 30 Sentyabr 2023 / 17:58 1485
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo tənqid olunması haqqında fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, mütəxəssis qələbə və məğlubiyyətlərə görə yalnız özünün məsuliyyət daşımadğını deyib:

“Yayda bir məşqçinin futbol tarixində ala billəcəyi ən böyük, ən çılğın iş təklifini aldım və oyunçularıma, Fridkinə və azarkeşlərə söz verdiyim üçün ondan imtina etdim. Üç aydan sonra mənə "problem" deyirlər, amma mən bununla razı deyiləm. Mən qəzet oxumuram və televizora baxmıram, amma dostlarım mənə haqqımdakı ümumi fikirin belə olduğunu deyirlər. Problem mən deyiləm. Vəziyyətin bir çox amilləri var. Qələbə və məğlubiyyətə görə bir nəfərin məsuliyyət daşıdığını söyləmək mümkün deyil. Bu bir komandadır.

Mən kluba sözümü vermişəm və 30 iyun 2024-cü ilə qədər sözümü tutacağam. Mən hər gün oyunçular, sahiblər və azarkeşlər üçün mübarizə aparmaq üçün buradayam. Mənə hər şeyin tez bitdiyini deyə biləcək yalnız bir adam var, o da cənab Fridkindir. Bunu mənə deməsə, iyunun 30-na kimi qalacağam”.

Daha çox


Son xəbərlər
topaz banner