“Komandamız bu gün çempionatdakı ən yaxşı oyunlarından birini oynadı. Futbolçular demək olar ki, verilən bütün tapşırıqları yerinə yetirdilər. Həm müdafiədə, həm hücumda məzmunlu oyun sərgilədik. Komandamızı, azarkeşlərimizi təbrik edirəm, vacib 3 xal qazandıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, cəzalı olduğu üçün ehtiyat oyunçular skamyasında yer almayan baş məşqçi Qurban Qurbanovun yoxluğunun özünü göstərdiyini vurğulayıb: “Fasilədə Qurban müəllim komandaya oyundan qopmamağı tapşırdı. Təbii ki, Qurban Qurbanovsuz çətindir. Yoxluğu hiss olunurdu”.
E.Rəhmanov bugünkü matçdan öncə UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda qarşılacaqları “Hekken” barədə düşünmədiklərini söyləyib: “Hekken”in son matçda 4 qol vurması barədə düşünmürük. Çempionatdakı oyunumuzu fikirləşirdik. Hər görüşdə olduğu kimi, bugünkü qarşılaşmaya da 3 xal üçün çıxmışdıq. Əsas odur ki, komanda bu gün yaxşı çıxış etdi”.
O, İsveç klubu ilə matça ciddi hazırlaşacaqlarını qeyd edib: “Son vaxtlar sıx qrafikdə oynayırıq. “Hekken”lə matça ciddi hazırlaşacağıq. 2 gün əvvəldən səfərə yollanacağıq ki, yor yorğunluğu olmasın. Rəqibin oyunu barədə lazımi tapşırıqları futbolçulara verəcəyik”.
Rəhmanov müdafiədə çıxış edən futbolçulardan da söz açıb: “Zamanla daha yaxşı Bədavi görəcəyik. “Hekken”lə oyuna daha yaxşı performans qazanması üçün bu gün onu qoruduq. Qarşıdakı matçda o, daha yaxşı fiziki durumda olacaq. Maksimə gəldikdə isə, bugünkü oyun göstəridi ki, Maksim 90 dəqiqə mübarizə aparmağa hazırdı. Lazım olanda bizə kömək edəcək”.
“Qarabağ”ın məşqçisi “Demək olar ki, Lunyov artıq “Qarabağ”ın əsas qapıçısıdır?” sualını belə cavablandırıb: “Lunyovun uzun müddət oyun praktikası yox idi. Bu səbəbdən də ona daha çox şans veririk. Lunyov da şans qazandığı matçda özünü yaxşı tərəfdən göstərir. Qarşıdakı matçlarda kimin əsas heyətdə olacağını zaman göstərəcək”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?