UEFA futzal üzrə Çempionlar Liqasında ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Qol.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Siyahıda uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan Vitali Borisov da var. O, yarışda 45 qol vurub. V.Borisov bu göstərici ilə 4-cü pillədədir.
Lider isə Portuqaliya futzalının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur “10 nömrə”nin aktivində 55 qolla var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk “5-liy”i Kirilo qapayır – 44 qol.
Qeyd edək ki, karyerasını başa vurmuş Vitali Borisov hazırda Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisidir.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video