FİFA-nın bütün hüquq departamenti, eləcə də audit, uyğunluq və risklərin idarə edilməsi qrupları Sürixdən Mayami yaxınlığındakı Coral Gables şəhərinə köçəcək.
Qol.az xəbər verir ki, ümumilikdə 100-dən çox mütəxəssis ABŞ-a gedəcək. Ofis daimi olacaq və gələn ilin avqust ayından tam fəaliyyət göstərməlidir. İlkin olaraq əməkdaşlar 2026-cı il FİFA Dünya Çempionatına, eləcə də 2025-ci il Klublararası Dünya Çempionatına hazırlaşan komanda ilə yerləri bölüşəcəklər.
Əvvəllər FİFA ABŞ-da artıq daha çox mütəxəssis işə götürmüşdü. Federasiya yerli təşkilat komitəsi yaratmaq əvəzinə, dünya çempionatını özü təşkil etmək qərarına gəldi.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının qərargahı Sürixdə qalır. 2021-ci ildə FİFA Avropa və Afrika milli federasiyaları ilə əlaqələri daha yaxşı saxlamaq üçün Parisdə ofis açıb. Təşkilat həmçinin Sinqapurda regional ofis yaratmağa hazırlaşır.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı