Ötən gün Peşəkar Futbol Liqası Tofiq Bəhramov adına Respublika Stadionunun təmirə bağlandığını və bununla əlaqədar Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılacağını açıqlayıb.
Bu ilin iyul ayında da Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanmış, arenanın ot örtüyü dəyişdirilmiş və bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.
Bəs, görəsən, Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ"ın avrokuboklardakı növbəti ev oyununadək - Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə (Leverkuzen, Almaniya) matça qədər hazır olacaqmı?
Qol.az saytının müxbiri bununla bağlı "Qarabağ" klubuna müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sözügedən matçadək stadiondakı təmir-bərpa işlərinin yekunlaşacağını qeyd edib:
"Avroliqa oyununa qədər stadion hazır olacaq. Elə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarına kimi işlər yekunlaşacaq. Stadionun təmirə bağlanmasının səbəbi də ot örtüyünün yay rejimindən qış rejiminə keçirilməsidir. Buna görədə yeni toxumlar əkilir".
Qeyd edək ki, 4-cü turdakı "Qarabağ" - "Bayer" matçı noyabrın 9-da keçiriləcək və saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bunadək 2-ci turda "Hekken"lə və 3-cü turda "Bayer"lə səfərdə qarşılaşacaq.
PSJ-dən "Vilyarreal"a
AFFA prezidentindən də “Qarabağ”a təbrik
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan Çempionlar Liqası şərhi
Püşkatma nə vaxtdır? - “Qarabağ” üçün 8 rəqib
"Qarabağ" Çempionlar Liqasında!
“Araz-Naxçıvan” ÇL-ə böyükhesablı qələbə ilə başladı
"Mançester Yunayted"in futbolçusu "Çelsi"yə keçəcək
İtaliya millisinin sabiq müdafiəçisi karyerasını bitirdi
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə çıxır