"Qarabağ"ın futbolçusu Kevin Medina Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, sözügedən görüşdə qırmızı vərəqə ilə cəzalandırılan kolumbiyalı müdafiəçi Azərbaycanda çıxış etdiyi müddətdə cəmi 3 dəfə qırmızı vərəqə aldığını vurğulayıb: "Mən həmişə sakitəm. Səhv etmirəmsə, Azərbaycanda 3 qırmızı vərəqə almışam. Hər halda, 4-ü keçməmişəm. Mərkəz müdafiəçisi kimi bəlkə də ən azı sarı vərəqə məndədir".
Daha əvvəl müsahibələrinin birində qaydasız döyüşlə maraqlandığını deyən K.Medina "Hiss olunur ki, futbolçu ilə yanaşı, həm də döyüşçüsünüz" fikrinə də münasibət bildirib: (Gülür) Bunlar tamamilə fərqli idman növləridir. Mənə elə gəlir ki, videotəkrara baxsanız, orda niyə elə reaksiya verdiyimi görəcəksiz. Çoxları hərəkətimə fokuslanıb. Amma əslində, hücuma birinci məruz qalan tərəf mən olmuşam. Ona görə elə reaksiya göstərmək məcburiyyətində qaldım. Hakim qərar vermək üçün bütün epizodu görməlidir. Amma bu, futboldur. Eybi yoxdu, səhvlərdən öyrənirik.
K.Medina baş məşqçi Qurban Qurbanovun qırmızı vərəqə ilə bağlı paltardəyişmə otağında onu danlamadığını qeyd edib: "Yox. Aramızda adi məşqçi – futbolçu dialoqu oldu".
Müdafiəçi "Qəbələ" ilə görüşdə komandasının yaxşı çıxış etdiyini deyib: "Oyuna ilk dəqiqədən necə ciddi yanaşdığımızı gördünüz. Təxribata uyduğum epizodu nəzərə almasaq, mənə elə gəlir ki, komandamız yaxşı mübarizə apardı".
Futbolçu "Matçdan sonra “Qəbələ”nin insidentdə iştirak edən futbolçuları ilə barışıq söhbətiniz oldumu" sualını da cavablandırıb: "Əslində, meydanda olanlar meydanda da qalır. Peşəkarlar belə yanaşır. Hamımız insanıq da, olur. Kənarda danışdıq, bir-birimizi anladıq, bir-birimizdən də üzr istədik".
K.Medina baş məşqçi Qurban Qurbanovun da oyunda qırmızı vərəqə almasına toxunub: "Bu bir oyundur, mübarizədir. Hamı qalib gəlmək istəyir. Qurbanovu hamımız belə epizodlarda təmkinli yanaşan bir insan kimi tanıyırıq. Bu haqda nə deyəcəyimi həqiqətən bilmirəm".
Oyunçu klubun ona verə biləcəyi maddi cəriməyə də hazır olduğunu deyib: "Həmişə hər şeyə hazıram".
K.Medina sonda Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken”ə qarşı Bakıda keçirəcəkləri oyun haqda sualı da cavablandırıb: "Hələlik qarşıda “Sumqayıt”la matç var. Bu matça hazırlaşacağıq. Artıq ondan sonra növbəti görüşə baxarıq, o haqda fikirləşərik".
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı