"Əlbəttə, biz nəticədən razı deyilik. Bizim üçün bu, derbi və vacib oyun idi. Amma istədiyimiz oyunu nümayiş etdirə bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri "Yurqorden"in hücumçusu Musa Qurbanlı deyib. O, İsveç çempionatının 24-cü turunda AİK-lə səfərdəki derbi matçındakı məğlubiyyəti (0:2) şərh edib. Əsas heyətdə meydana çıxan Azərbaycan millisinin 21 yaşlı hücumçusu 53-cü dəqiqədə əvəzlənib.
O, oyundan sonra isveçli jurnalistlərə deyib ki, komanda olaraq öz oyunlarını göstərə bilməyiblər.
"Biz az halda hücum edirdik. Müdafiədə də səhvlərimiz oldu. İndi bizim bu məğlubiyyətin təsirindən çıxmaq və gələcəyə baxmaqdan başqa çarəmiz yoxdur" - deyə M.Qurbanlı bildirib.
Jurnalistin "niyə bu matçda qol vura bilmədin?" sualına M.Qurbanlı belə cavab verib: "Əslində mənim bu suala müsbət cavabım yoxdur. Mən bilirəm ki, oyuna yaxşı hazırlaşmışdıq və matça mənəvi tərəfdən hazır idik. Məğlubiyyəti diqqətlə analiz etməliyik. Yalnız bundan sonra öz səhvlərimizi görə bilərik".
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər