PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.
Qol.az xəbər verir ki, o, Liqa 1-in 6-cı turunda "Marsel"lə matçda sıradan çıxıb. Mbappe meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. Əvəzində meydana portuqaliyalı hücumçu Qonçalo Ramos çıxıb.
Komandanın baş məşqçisi Luis Enrike oyundan sonra 24 yaşlı hücumçunun durumu barədə danışıb. O, zədənin ciddi olmadığını deyib: “Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi. Onu əvəz etmək daha məntiqli idi. Ancaq ciddi bir şey yoxdur".
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 5 matçda iştirak edib və 8 qol vurub.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir