“Səbail” Misli Premyer Liqasında ardıcıl 4-cü qələbəsinə imza atıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən Şahin Diniyevin komandası 7-ci turda “Araz-Naxçıvan”ı da xalsız qoyub – 1:0.
Bu, klub tarixində yeni rekorddur. Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmayıb.
“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar startda ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıb. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/21 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.
Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/19 və 2019/20 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 oyunda 12 qol vurması da klub tarixində yeni rekorddur.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı