Vüsalın komandası liderliyə yüksəldi

Vüsalın komandası liderliyə yüksəldi
XƏBƏR 23 Sentyabr 2023 / 21:48 3443
-  A +

Albaniya Superliqasında 5-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” evdə "Laçi" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Eqnatiya" - "Laçi" - 2:1
Qollar:
Dvamena, 11 (1:0), Spahiu, 57 (2:0), Malota, 84-avtoqol (2:1)

 V.İsgəndərli start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.

Bu nəticədən sonra “Eqnatiya” 10 xalla (5 oyun) turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. "Tirana" 10 xalla (5 oyun), "Partizani" 8 xalla (4 oyun) 3-cüdür.

Daha çox


Son xəbərlər
topaz banner