Ramos La Liqada ilkə imza atdı

Ramos La Liqada ilkə imza atdı
XƏBƏR 23 Sentyabr 2023 / 16:19 3764
-  A +

“Sevilya”nın dünyaca məşhur futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.

Qol.az xəbər verir ki, bu barədəBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb. 37 yaşlı müdafiəçi 5-ci turda “Las Palmas”la (1:0) görüşdə meydana çıxıb.

Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.

Ulduz futbolçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.

Daha çox


Son xəbərlər
topaz banner