Krivotsyukun komandasından qələbə

Krivotsyukun komandasından qələbə
XƏBƏR 23 Sentyabr 2023 / 15:39 957
-  A +

Futbol üzrə Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Daejeon” hazırda 41 xalla 8-ci pillədə qərarlaşıb.

“Daejeon” - “Suvon” - 3:1

Qollar: İn-Kyun Kim, 15, Kanq Hyun Yoo, 37, Tiaqo Orobo, 90-pen. - Kazuki Kozuka, 59

Daha çox


Son xəbərlər
topaz banner