“Qalatasaray”ın Azərbaycandakı azarkeşlərinə müjdə

“Qalatasaray”ın Azərbaycandakı azarkeşlərinə müjdə
XƏBƏR 23 Sentyabr 2023 / 11:33 7176
-  A +

Tezliklə Bakıda “Qalatasaray” Futbol Klubunun rəsmi fan-şopu açılacaq.

Qol.az xəbər verir ki, bu layihə İstanbul təmsilçisinin “Qarabağ” klubu ilə əməkdaşlığı çərçivəsində gerçəkləşəcək.

“Qarabağ” klubundan saytımıza verilən xəbərə görə, fan-şop “Park Bulvar”da yerləşəcək. Artıq onun üçün ticarət mərkəzində müvafiq yer də ayrılıb. Fan-şopda klubun orijinal formaları, atributları satışda olacaq.

Fan-şopun yaxın 1 ay ərzində fəaliyyətə başlayacağı gözlənilir.

Daha çox


Son xəbərlər
topaz banner