"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç "İnter"lə derbidə məğlubiyyətdən (1:5) sonra "Milan" azarkeşlərini sevindirməyə çalışıb.
Qol.az xəbər verir ki, o, öz sosial şəbəkə hesablarında paylaşım edərək azarkeşlərə səslənib: “Ey "Milan"lılar! Milanellodakı bazaya gəldim və dərhal məşqçiyə oynamağa hazır olduğumu bildirdim, amma adım siyahıda yox idi. Baxmayaraq ki, özümü yaxşı hiss edirəm və əla formadayam.
Zarafat bir yana, "Milan"ı dəstəkləməyə davam edin. Hər şey yaxşı olacaq. "San Siro"da görüşənədək”
Xatırladaq ki, Çempionlar Liqasının 1-ci turunun matçında "Milan" "Nyukasl"la heç-heçə edib (0:0).
İbrahimoviç bu yay karyerasını başa vurduğunu açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu "Milan"dan başqa, "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "PSJ", "Mançester Yunayted" və "Los-Anceles Qalaksi" klublarında da oynamağı bacarıb. Zlatan karyerası ərzində 819 oyun keçirib, 493 qol vurub və 201 qolun ötürməsini edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı