Ya əsas qapıçı olacaq, ya da karyerasını başa vuracaq

Ya əsas qapıçı olacaq, ya da karyerasını başa vuracaq
XƏBƏR 22 Sentyabr 2023 / 18:35 8015
-  A +

“Mançester Yunayted”in keçmiş qapıçısı, hazırda azad agent olan David de Xea peşəkar karyerasını başa vurmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 32 yaşlı qolkiper yaxın vaxtlarda Avropanın böyük klubunun əsas qapıçısı olmaq təklifi almazsa, karyerasını başa vuracaq. Daha əvvəl ispaniyalı qolkiper Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etmişdi.

Xatırladaq ki, 2022/2023 mövsümündə De Xea "Mançester Yunayted"in heyətində bütün yarışlarda 58 oyun keçirib. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər. "Transfermarkt" internet portalının məlumatına görə, onun təxmini dəyəri 13 milyon avrodur. De Xea 2011-ci ildən İngiltərə klubunda çıxış edirdi.

Daha çox


Son xəbərlər
topaz banner