AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalitləri arasında növbəti Media turniri keçiriləcək.
Qol.az xəbər verir ki, 5-ci dəfə təşkil olunacaq yarış tanınmış idman jurnalisti, mərhum Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunacaq. Turnirdə öncəki 4 yarışda iştirak etmiş, həmçinin Peşəkar Futbol Liqasında 2023-2024-cü il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalitləri, həmçinin idman federasiyalarının mətbuat katibləri də iştirak edə biləcəklər.
Bundan başqa, “Media Turniri-5”də əlavə olaraq, “Əşrəfoğlunun dostları” komandası da müsabiqədərkənar iştirak edəcək. Bu komanda ilə oyunlarda qeydə alınacaq nəticə turnir cədvəlində əksini tapmayacaq.
Turnirin qeydiyyatına bu gün başlanılır, son qeydiyyat tarixi isə 27 sentyabrdır (saat 18:00). “Media turniri-5” oktyabrın əvvəlində start götürəcək.
Bildirilir ki, hər komanda minimum 10, maksimum 13 oyunçu sifariş edə bilər. Turnirin oyunları həftənin çərşənbə axşamı və çərşənbə günləri saat 20:00 və 21:00-da AFFA-nın süni örtüklü meydanında keçiriləcək.
Dairəvi sistemlə (1 dövrə) təşkil olunacaq yarışın yekununda ən çox xal toplayacaq komanda qalib elan olunacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı