Bəhlul əsas heyətdə yoxdur

Bəhlul əsas heyətdə yoxdur
XƏBƏR 21 Sentyabr 2023 / 19:38 2396
-  A +

“Qarabağ” bu gün “Molde” (Norveç) Avropa Liqasının qrup mərhələsinin oyununa ciddi ciddi itki ilə çıxacaq.

Qol.az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əsas heyətdə yer almayıb. Zədəsini tam sağaltmayan futbolçunun adı yalnız ehtiyat oyunçular sırasında qeyd olunub. Onun ümumiyyətlə, oyunu buraxmaq ehtimalı da var.

Bəhlulu əsas heyətdə Maksim Medvedev əvəzləyib.

B.Mustafazadə ötən həftə “Sabah”la Misli Premyer Liqasının 6-cı turunun “Sabah”la oyununda zədələnib və 57-ci dəqiqədə məcburi əvəzlənib.

Xatırladaq ki, “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlanacaq.

Daha çox


Son xəbərlər
topaz banner