Cerrard: "Kloppun baş məşqçi olacağını bilsəydim, "Liverpul"da qalardım"

Cerrard: "Kloppun baş məşqçi olacağını bilsəydim, "Liverpul"da qalardım"
XƏBƏR 21 Sentyabr 2023 / 15:07 2347
-  A +

"Liverpul"un keçmiş kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard komandadan ayrıldığı vaxtları xatırlayıb.

Qol.az xəbər verir ki, 2015-ci ildə müqaviləsi başa çatdıqdan sonra "mersisaydlılar"la vidalaşan Cerrard bu sözləri deyib: 

“Müqaviləmi bir il müddətinə uzatmamaq qərarına gəldim və ABŞ-a getdim ("Los Anceles Qalaksi"yə keçdi - red.). Amma razılaşsaydım, Kloppun baş məşqçiliyi altına 6 ay oynayardım. Mənə dedilər ki, getdikcə daha az oyun şansı alacağam. Mən "Liverpul"da rotasiya oyunçusu olmaq istəmirdim. Özümü hələ də həmin komandanın ən yaxşı yarımmüdafiəçisi kimi hiss edirdim. Geriyə baxanda deyə bilərəm ki, "Liverpul"a Kloppun baş məşqçilik edəcəyini blsəydim, komandada qalardım".

Qeyd edək ki, Stiven "Liverpul"dan getdikdən 4 ay sonra klub baş məşqçi Brendan Rocersi istefaya göndərmişdi. Bundan sonra isə onun yerinə Yurgen Klopp təyin olunmuşdu. 

Stiven Cerrard hazırda məşqçi kimi fəaliyyət göstərir. O, Səudiyyə Ərəbistanı "Əl İttifaq"ının baş məşqçisidir. 

Daha çox


Son xəbərlər
topaz banner