"Qarabağ" son matçında "Sabah"a qarşı əla çıxış etdi. "Sabah" kimi güclü komandaya demək olar ki, şans vermədilər. "Qarabağ" uzun müddətdir ki, çempionatda bu heyətlə oynamırdı. Səviyyə fərqi qabarıq şəkildə göründü".
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib. O, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda bu gün Bakıda "Molde"yə qarşı keçirəcəyi oyun haqqında danışıb.
B.Musayev rəqibin güclü tərəflərindən söz açıb və Ağdam təmsilçisinin bu oyunda qələbə qazanmasının vacibliyini vurğulayıb: "Qarabağ"a "Molde" ilə oyunda uğurlar arzu edirəm. Rəqibin "Qalatasaray"la oyunlarına baxdım. Həm komanda şəklində güclüdürlər, həm də fərdi şəkildə güclü futbolçuları var. Ümid edirəm ki, "Qarabağ" qrupdakı ilk matçında qələbə qazanar. Çünki bu, çox vacib amildir. "Bayer" şəksiz qrupun lideri olacaq. Məncə, 2-ci yer uğrunda "Qarabağ"ın əsas rəqibi "Molde"dir. Bugünkü görüşdə qələbə qazanmaq "Qarabağ" üçün böyük təkan ola bilər".
O, komandanın heyətindəki itkilərə də toxunub: "Bəhlul Mustafazadə "Sabah"la görüşdə zədələndi. Bu, itkidir. Marko Veşoviçin oynamayacağı əvvəlcədən bəlli idi. Bədavi Hüseynov da fərdi məşqlər edir. Bu itkilər problem yarada bilər. Ümid edirəm ki, bu itkilər komandanın qələbə qazanmasına mane olmaz".
Mütəxəssis sonda "Qarabağ"ın görüşdə qalib gələcəyinə ümid etdiyini vurğulayıb: "Molde" ilə oyun asan olmayacaq. Qrupun ilk matçıdır. "Qarabağ" nə qədər təcrübəli olsa da, ilk oyun həmişə həyəcanlı keçir. Qeyd etdiyim kimi, "Molde" diri komandadır. Kampakt oynamağı da bacarırlar. "Qarabağ"ın qələbə qazanan tərəf olacağına ümid edirəm".
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Molde" oyunu saat 20:45-də başlayacaq.
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı