"Marko Yankoviçi xüsusi vuğulaya bilərəm"

"Marko Yankoviçi xüsusi vuğulaya bilərəm"
XƏBƏR 20 Sentyabr 2023 / 20:03 3484
-  A +

"Molde"nin futbolçusu Emil Breyvik Avropa Liqasının qrup mərhələsinidə sabah "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

Qol.az xəbər verir ki, 23 yaşlı futbolçu "Qarabağ"ın heyətində diqqətlərini çəkən oyunçunun adını da söyləyib:

"Bakıya səfərimiz çox yaxşı alındı. Hansısa yorğunluq hiss etdiyimizi deyə bilmərəm. 2020-ci ildə Kiprdə "Qarabağ"a qarşı keçirilmiş oyundan xatırladığım futbolçu Kevin Medinadır. Yaxşı futbolçudur. Bir də, "Qarabağ"ın matçını təhlil etmişik. Marko Yankoviçi xüsusi vurğulaya bilərəm. Yaxşı keyfiyyətlərə malik futbolçdur".

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Molde" görüşünə 20:45-də start veriləcək.

Daha çox


Son xəbərlər
topaz banner