Sabah - sentyabrın 20-də DÇ-2024-ün elit-raund mərhələsində Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisi bu gün oyunöncəsi son məşqinə çıxacaq.
Qol.az xəbər verir ki, komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
"Komanda Rumıniyadan döndükdən sonra məşqlərini hər gün Bakı İdman Sarayında davam etdirir. Heyətdə cəzalı və ya zədəli futzalci yoxdur. Bu bizim üçün müsbət məqamdır. Psixoloji baxımdan da oyunçularla söhbət etmişik, artıq ilk oyunu unutmalı, Niderlandla matça köklənməliyik.
Rumıniya ilə matçla müqayisədə heyətə ciddi dəyişiklik etməyəcəyik. Sadəcə İsa Atayevun əvəzinə Manekanı komandaya dəvət etmişik. Bu dəyisiklik sırf məşqçilər korpusunun qərarıdır.
Rəqibə gəldikdə, Qazaxıstanla oyunlarını izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri də tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub, onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyun olacaq. Bu matçda xal itirmək olmaz. Bir növ, qrupda bizim üçün finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı