Misli Premyer Liqasında bu mövsüm çempionluğa namizədlərdən olan "Neftçi" və "Sabah" uğursuz çıxışları ilə diqqət çəkir.
"Neftçi" geridə qalan 6 turda 2 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib. Komanda hazırda turnir cədvəlində 8 xalla 6-cıdır. "Sabah" 5 matç keçirib, 1 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və dalbadal 3 dəfə uduzub. Bakı təmsilçisi bu nəticə ilə 4 xal toplayıb və 8-cidir.

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına deyib ki, "Neftçi" bu mövsüm çox futbolçu transfer edib, amma hələ də ortada oyun yoxdur. O, "Neftçi"nin heyətinin tam sabitləşmədiyini qeyd edib:
"Neftçi" pis futbolçular transfer etməyib, keyfiyyətli oyunçulardır. Amma hazırda o futbolçuları birləşdirmək baş məşqçinin - Adrian Mutunun işidir. İndi bu, "Neftçi"də alınmır. "Neftçi"nin fiziki durumu da yaxşı deyil. Mənim xoşuma gəlmir. "Araz-Naxçıvan"la matçda komanda hücumdan müdafiəyə qayıda bilmirdi. "Araz-Naxçıvan" 2-3 futbolçu ilə əks-hücuma keçəndə "Neftçi"nin müdafiəçiləri onlara çata bilmirdilər. "Neftçi"də problemlər var. Çünki heyət tam sabitləşməyib. Həm də baş məşqçi gec təyin olundu, komanda yaxşı təlim-məşq toplanışı keçə bilmədi. "Neftçi" xeyli futbolçu alıb. Baş məşqçi oyun sistemini qurmalı idi. Amma indi biz bunu görmürük. "Neftçi" Kilian Lebon ola-ola, Reziuan Mirzovu aldı. Mirzov yaxşı futbolçudur. Amma axı, "Neftçi"də Lebon var. Futbolçu olan mövqelərə təzədən oyunçu almaq yaxşıdır, ikinci heyət formalaşır. Lakin "Neftçi" yalnız Azərbaycan çempionatında oynayır. Heyəti tam formalaşdırmayıblar".

A.Mircavadov "Sabah"ın hazırkı durumuna da toxunub: "Murad Musaevin müsahibəsini oxudum. Mən onunla razıyam. Oyunçular "Partizan"la görüşdə uduzandan sonra özlərinə gələ bilmirlərsə, evə gedib, televizora baxsınlar. Bu qədər uğursuzluq olmaz. Ümid edirəm ki, "Sabah" düzələcək. "Sabah" da çox futbolçu transfer edib. Amma onların əvvəlki sistemləri, oyunları yoxdur. Həmin oyunu inkişaf etdirmək lazım idi. Bu, baş məşqçinin işidir. Mənim onun işinə qarışmaq kimi bir fikrim də yoxdur. 2 mərkəz müdafiəçisi, vingerlər, hücumçu alıblar. Amma hələ ki, uğur qazana bilmirlər. "Sabah" "Qarabağ"a təmiz oyunla uduzdu. "Qarabağ" həddindən artıq güclüdür. Komanda meydana çıxanda bilməlidir ki, kimin hesabına, nəyin hesabına qələbə qazanacaq. Plan olmalıdır. Komanda öz oyununu oynamalıdır. Əgər futbolçular o oyun tərzi ilə rahatdırlarsa, sevirlərsə, niyə uzaqlaşasan? Biz komandanın daxilində deyilik, nə baş verdiyini bilmirik. "Sabah" sakitləşib. Amma belə olmamalıdır. Çünki builki Premyer Liqa əvvəlkilərdən fərqli, gərgin olacaq".
Nur Zeynalova
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu