Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov bu gün Türkiyə Superliqasında debüt edib.
Qol.az xəbər verir ki, 24 yaşlı mərkəz hücumçusunun yeni komandası "Hatayspor" 5-ci turda "Fatih Karagümrük" komandasının qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb.
Renat 63-cü dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 70-ci dəqiqədə komandasına penalti qazandırıb. Lakin Didier Lamkel penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, görüşdən əvvəl "Hatayspor"un sosial mediada bu matç üçün paylaşdığı posterdə R.Dadaşovun şəkli yer almışdı.

Əlavə edək ki, "Hatayspor"u baş məşqçisi Volkan Demireldir. Onun komandası 5 oyundan 7 xalla 8-ci yeri tutur.
Xatırladaq ki, R.Dadaşov ötən mövsümü İsveçrənin "Qrasshoppers" klubunda keçirib. O, bu ilin sentyabrın əvvəlində "Hatayspor"la müqavilə imzalayıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı