"Bu gün "Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Məğlubiyyətdə mənim günahım var".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 6-cı turunda "Qarabağ"a uduzduqları matçdan (0:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis futbolçusu David Volkovun oyunu haqda danışıb: "Davitin çox qol imkanı olmadı. Ötən il ən çox fərqlənən cinah oyunçularımız idi. Tək onda yox, bütün oyunçularda günah var".
M.Musayev "Müdafiədə çox səhvlərə yol verirsiniz. Optimal "Sabah"ı görmək üçün nə qədər vaxt lazımdır" sualına bu cür cavab verib: "Söz verə bilmərəm. Özüm meydana çıxıb futbol oynamıram. Bilirəm ki, vəziyyəti dəyişmək üçün çox işləməliyik. Bəzi şeyləri dəyişməliyik".
Baş məşqçi bu gün sanki əvvəlki matçlardan daha sakit olmağından da söz açıb: "Nə edim? Danışanda vərəqə alıram, deyirsiz sakit deyil. Sakit duranda da məğlubiyyəti qəbul etdiyimi söyləyirsiniz".
O, komandasının uğursuz nəticələr qazanması haqda bunları deyib: "Bir qələbəyə ehtiyacımız var. "Partizan"la görüşdən sonra futbolçular məyusluqdan çıxa bilmirsə, gedib evlərində otursunlar. Futbol kişi oyunudur. Sona kimi mübarizə aparmaq lazımdır. Bu vəziyyətdən çıxmaq lazımdır. Bəhanəyə ehtiyac yoxdur. Baxın, ötən il standart vəziyyətlərdən qol buraxmırdıq, amma indi iki oyundur belə qollar vurulur bizə. Diqqətsizliyimiz var".
M.Musayev "Meydana çıxıb oynamadığınızı dediniz. Amma komandanı bu vəziyyətdən çıxarmaq da baş məşqçinin işidir" fikrinə belə münasibət bildirib: "Öz öhdəliklərimi bilirəm. Nəyi eşitmək istəyirsiz? Əlimdən gələni edəcəm ki, yaxşı nəticələr olsun. Bizimçün gedişatı dəyişmək üçün çalışacağıq. Azarkeşləri, mətbuatı başa düşürəm. Əlimdən nə gəlirsə, edəcəm. Bəhanəm yoxdur".
Baş məşqçi Ayaz Quliyevin fiziki durumunu qiymətləndirib: "Hələ tam hazır deyil. Düşünürəm ki, 20-30 dəqiqə oynamağa hazırdır. Yeni transferimiz Cesse Sekidika da hələ formasında deyil. Təlim-məşq toplanışı keçməyib. Eynilə İshak Belfodil də. Onlara özlərinə gəlməyə vaxt lazımdır. Bir-birimizi başa düşmək üçün vaxt lazımdır".
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı