"Tottenhem"dən yeni Premyer Liqa rekordu

"Tottenhem"dən yeni Premyer Liqa rekordu
XƏBƏR 17 Sentyabr 2023 / 17:58 3452
-  A +

"Tottenhem" Premyer Liqa tarixinin yeni rekorduna imza atıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi buna 5-ci turda "Şeffild Yunayted"lə matçda imza atıb. Angelos Postekoğlunun komandası 0:1 hesabı ilə geridə olsa da,  90+8-ci dəqiqədə hesabı bərabərləşdiib. "Tottenhem" daha sonra 90+10-da isə qələbə qolunu vurub.

Nəticədə "Tottenhem" Premyer Liqa tarixinin ən gec geri dönüşünə imza atıb.

Maraqlıdır ki, əvvəlki rekord da "Tottenhem"ə məxsus idi. Komanda 2021/2022 mövsümündə “Lester”lə matçda 90+5-ci dəqiqəyə qədər uduzsa da, sonda qələbə qazanmışdı.

Xatırladaq ki, Premyer Liqanın 5 turundan sonra “Tottenhem” 13 xal toplayıb və 2-ci pillədə qərarlaşır.

Daha çox


Son xəbərlər
topaz banner